Tovuzda ilanın sancdığı qadın ölüb

Tovuz rayonunda bədbəxt hadisə baş verib.

Lim10.az xəbər verir ki, dağlıq ərazidə, su arxının kənarında moruq yığan qadını ilan sancıb.

Hadisə rayonun Vahidli kəndində qeydə alınıb.

Lim10.az-ın əldə etdiyi məlumata görə, 1991-ci il təvəllüdlü Xanım Mehdiyeva xəstəxanaya aparılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Əzizə İsmayılova