Sumqayıtda istismar müddəti başa çatan avtobus problemi nə vaxt həll olunacaq?

Sumqayıtda fəaliyyət göstərən bəzi avtobusların istismar müddəti başa çatıb, bəziləri isə sərnişin daşımaq üçün yararsızdır.

Xezerxeber.az-ın məlumatına görə, şəhərin mərkəzindən təxminən 10 istiqamətdə hərəkət edən avtobuslar təxminən 30 ildir ki, sərnişinlərə xidmət göstərir. Həmin avtobusların hələ də istismarda olması sərnişinləri narazı salır.

Avtobuslarda kondisioner sisteminin olmaması da sərnişinlərin narazılığına səbəb olur.

Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib ki, daşıyıcılar müsabiqəyə çıxarılacaq və bundan sonra köhnə avtobusların yeniləri ilə əvəzlənməsi prosesinə start veriləcək.

"BakıKart"a keçiləndən sonra isə problem birdəfəlik həllini tapacaq.

Ətraflı süjetdə:

Sumqayıtda istismar müddəti başa çatan avtobus problemi nə vaxt həll olunacaq?

Sumqayıtda istismar müddəti başa çatan avtobus problemi nə vaxt həll olunacaq?