Ağcabədidə 1 həftə əvvəl maşın vuran piyada ölüb

Ağcabədidə bir həftə əvvəl maşın vuran piyada dünən xəstəxanada ölüb.

APA xəbər verir ki, hadisə iyulun 29-da Arazbar kəndi ərazisində qeydə alınıb.

VAZ-2105 markalı avtomobil piyada Mamed Fərhad oğlu Mamedovu vurub.

Piyada dünən Bakıda müalicə aldığı xəstəxanada ölüb.

Faktla bağlı araşdırma aparılır.