Şahbuzda güclü yanğın: Evlər külə döndü

Şahbuz rayonunda güclü yanğın baş verib.

APA xəbər verir ki, yanğın rayonun Biçənək kəndində qeydə alınıb.

Yanğının söndürülməsi üçün hazırda Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin texnika və əməkdaşları əraziyə cəlb olunublar.

Hava küləkli olduğu üçün hələ ki, yanğını söndürmək mümkün deyil.

İlkin məlumata görə, kənddə bir-birinə bitişik olan üç ev yanıb.