Faiq Abdullayev: "MDB ölkələri arasında yeganə şirkətik ki, bu platformanı hazırladıq"

Azərbaycanda elektromobillər üçün yeni enerji doldurma stansiyası açılıb.

Lim10.az xəbər verir ki, Azərbaycanda elektromobillər üçün enerji doldurma stansiyalarının mobil tətbiqini və platformasını hazırlayan "F-5" MMC-nin təsisçisi Faiq Abdullayev mətbuata açıqlamasında hazırda yaratdıqları platformanın "CARSCHARGE" MMC-nin stansiyalarında fəaliyyət göstərdiyini bildirib.

"MDB ölkələri arasında və bizim ərazidə yeganə şirkətik ki, bu platformanı hazırladıq və uğurla istifadəyə verdik. Hazırda bizim platformamız "CARSCHARGE" MMC-nin stansiyalarında fəaliyyət göstərir və gələcəkdə daha çox stansiyalarda mobil tətbiqimizi görəcəksiniz", - deyə təsisçi qeyd edib.

Əzizə İsmayılova