Bakının hansı küçələrində sıxlıq var? - 07.08.2024

Bakının bəzi küçə və prospektində nəqliyyatın sıxlığı müşahidə olunur.

Lim10.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

Hazırda:

1. Qara Qarayev prospekti, metronun "Qara Qarayev" stansiyasından "Koroğlu" stansiyası istiqamətində;

2. Bakı-Sumqayıt şosesi, metronun "20 Yanvar" stansiyası istiqamətində;

3. Sabunçu-Zabrat şosesi, metronun "Koroğlu" stansiyası istiqamətində;

4. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəz istiqamətində sıxlıq müşahidə olunur.