Bakıda avtomobil piyadanı vuraraq öldürüb

Bakıda avtomobil piyadanı vuraraq öldürüb.

"Report" xəbər verir ki, hadisə Xəzər rayonu, Qala qəsəbəsində qeydə alınıb.

Nəbi Alızadə idarə etdiyi "Ford Transit" markalı avtomobillə yolu keçən Rafik Həsənovu vuraraq öldürüb.

Faktla bağlı cinayət işi başlanılıb.