Bakı Ali Neft Məktəbinin (BANM) Xətai korpusu yeni Ağ şəhər korpusuna köçürülüb.
Lim10.az xəbər verir ki, bununla bağlı BANM-in rektoru Elmar Qasımov məlumat paylaşıb.
Rektor qeyd edib ki, yeni korpusda BANM-in davamlı təhsil fakültəsi, ingilis dili və humanitar fənlər mərkəzi fəaliyyət göstərəcək:
"Eyni zamanda burada BANM-in nəzdində yeni liseyin yaradılması da nəzərdə tutulur".
Qeyd edək ki, Bakının Xətai rayonunda, Bakı Ali Neft Məktəbinin (BANM) Xocalı prospektində yerləşən binasında fəaliyyət göstərəcək. Bu il universitetə 90 tələbənin qəbulu nəzərdə tutulub.