Məktəb direktorlarına qurulan "həmkarlar duzağı"

Həmkarlar, yoxsa "Həmkar lal" təşkilatı?

Son zamanlar bir neçə məktəb direktorundan aldığınız şikayət məktublarında bildirilir ki, direktorlar "ərizəsinə əsasən" məktəbdəki ilk həmkarlar təşkilatından çıxarılib, təhsil şöbəsidə və ya regional təhsil idarəsindəki ilk həmkarlar təşkilatında qeydiyyata alınırlar. Kiçik araşdırma nəticəsində bəlli oldu ki, artıq ölkənin bütün məktəblərində vəziyyət belədir.

O da məlumdur ki, Azərbaycanda həmkarlar təşkilatı əslində hökumətin yaratdıği formal qurumdur, mövcud olan həmkarlar təşkilatları işçinin əmək hüquqlarını qorumaq gücünə malik deyil.
Yeri gəlmişkən bir xatırlatma edim ki, həmkarım, iqtisad elmləri doktoru Əli Hüseynov bir neçə il əvvəl AMEA-nın həmkarlar təşkilatı barədə tənqidi bir məqalə yazmışdı. Məqalənin adı çox nadir bir tapıntı idi: "Həmkar lal təşkilatı". Bu ifadə Azərbaycandakı həmkarlar təşkilatlarının lakonik olaraq simasını ifadə edir.
Bununla belə, bəzi məktəb direktorlarının qənaətinə görə, təhsilin idarə edilməsi sistemində məktəb direktorlarının işdən çıxarılması zamanı nadir hallarda kollektivin ilk həmkarlar təşkilatı işə mane olur, məktəb direktorunun işdən çıxarılmasına müsbət rəy vermir. Bu çox nadir hallarda baş versə də, Təhsil Nazirliyi həmin manieni aradan qaldırmaq üçün direktorları məktəbin ilk həmkarlar təşkilatından "ərizəsinə əsasən" kənarlaşdırılıb.

Azərbaycan Respublikası Təhsil İşçilərinin Azad Həmkarlar Təşkilatından (ATİAHT) məsələyə münasibət verilən zamanı bildirdilər ki, sahə həmkarlar təşkilatlarında işçinin eyni sahəyə aid olan istənilən ilk həmkarlar təşkilatında üzv kimi qeydiyyatda durmaq hüququ var. Formal olaraq ilk həmkarlar təşkilatı işçinin əməkçi hüquqlarını qorumaq üçün yaradılıbsa, məntiqlə işçı əmək hüquqlarû yaranan təşkilatda fəaliyyət göstərən ilk həmkarlar təşkilatıda qeydiyyatda olmalıdır ki, kollektiv onun hüquqlarını qoruya bilsin. Məsələn, tutaq ki, 50 nömrəli məktəbin müəllimi 51 nömrəli məktəbin ilk həmkarlar təşkilatının üzcüdürsə, 51 nömrəli məktəbin müəllimləri həmin müəllimin əmək hüquqlarını necə qoruya bilər? Bu baxımdan məktəb direktirları məktəbdəki ilk həmkarlar təşkilatından çixarılmaqla öz əmək hüquqlarıni qorumaq imkanlarından məhrum edilir.
Əslində həmkarlar təşkilatı haqqında qanunda da bu məsələyə dair ziddiyyət yoxdur və hüquqşünaslar bunu sözügedən qanundakı çoxsaylı boşluqlardan biri kimi dəyərləndirir.

Sonda bir məsələni vurğulayaq ki, bütün inkişaf etmiş ölkələrdə həmkarlar təşkilatları birpilləli təşkilatdır və dövlət qurumu deyil. Yəni əmək kollektividə yaradılan ilk həmkarlar təşkilatları heç bir dövlət və ya ictimayi quruma tabe deyil, yalnız qanunla tənzimlənir və idarə olunur. Bizdə isə həmkarlar təşkilatları ierarxik olaraq baş idarələrə, baş idarələr isə konfederasiya tabedir. İkincisi isə, adından bəlli olduğu kimi (Azərbaycan Respublikası Həmkarlar İttifaqları Konfedarasiyası) bizdəki həmkarlar təşkilatı dövlət qurumudur.
Akif Nəsirli