Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Leyla Məmmədbəyova ünvanına aid qaz sayğacına səbəbsiz yerə, qəsdən zərər verən şəxslər müəyyən olunublar.
Bu məlumatı Lim10.az-ın sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti verib.
"Sosial şəbəkələrdə üç yeniyetmənin Sabunçu rayonu ərazisində qaz sayğacını zədələməsilə bağlı görüntülər araşdırılıb.
Həmin şəxslər müəyyən olunaraq polis orqanına dəvət ediliblər. Onlar barəsində qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülüb", - deyə məlumatda bildirilir.
Əzizə İsmayılova
Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Leyla Məmmədbəyova ünvanına aid qaz sayğacına səbəbsiz yerə, qəsdən zərər verən şəxslər axtarılır.
Lim10.az-ın əldə etdiyi məlumata görə, artıq polis bununla bağlı araşdırmaya başlayıb.
Araşdırmanın nəticəsi barədə məlumat veriləcək.
Əzizə İsmayılova
Bakıda küçədən keçən gənclər yumruq atıb qaz sayğacını sındırıblar.
Lim10.az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yer alıb.
Belə ki, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Leyla Məmmədbəyova ünvanına aid qaz sayğacına səbəbsiz yerə, qəsdən zərər verən şəxslər təhlükəsizlik kameralarında aydın şəkildə görüntüləniblər.
Gənclər o küçədən keçərkən onlardan biri qaz sayğacına yumruqla zərbə vurub. Nəticədə qaz sayğacının üst qutusu sınıb və sayğacda da nasazlıq yaranıb.
Həmin görüntüləri təqdim edirik: