General-mayor Zaur Niftullayev Türkiyədə səfərdə olub

Azərbaycan Dövlət Sərhəd Xidmətinin (DSX) zabiti general-mayor Zaur Niftullayev Türkiyədə səfərdə olub.

Lim10.az xəbər verir ki, bununla bağlı Türkiyənin Milli Müdafiə Nazirliyinin "X" hesabında paylaşım edilib.

Məlumatda deyilir:

"Azərbaycan Dövlət Sərhəd Xidmətinin generalı Zaur Niftullayev və onu müşayiət edən nümayəndə heyəti İğdırda yerləşən 5-ci Sərhəd Briqadası Komandanlığında olublar."