Ukrayna ordusu Antonovski körpüsünü dağıtdı - Yenilənib
Yerli ictimaiyyətin məlumatına görə, Ukrayna silahlı qüvvələri işğal altındakı Xerson vilayətində yerləsən və rus silahlı qüvvələri üçün həyati əhəmiyyət daşıyan Antonovski körpüsünə növbəti zərbə endirib.
Məlumata görə, təxminən körpüyə 8-10 raket zərbəsi endirilib.
Hazırda Antonovski körpüsü od-alov və tüstüyə qərq olub.
Bu arada, Rusnya iddia edir ki, ən azı 10 Ukrayna raketi RF Silahlı Qüvvələrinin hava hücumundan müdafiə sistemləri tərəfindən zərərsizləşdirilib, onların hədəfi Antonovski körpüsü olub.
Rəsmi dəqiqləşdirmə:
Ukrayna Silahlı Qüvvələri Antonovski körpüsünə endirilən zərbələri rəsmən təsdiqləyib.
Natalya Qumenyuk bildirib ki, Ukrayna Silahlı Qüvvələri Antonovski körpüsünü nəzarətdə saxlayır və “məsafədən mövcudluğunu düşmənə xatırladır”. O qeyd edib ki, indi düşmən Antonovski körpüsünü bir daha bərpa edə bilməyəcək.