Ukrayna ordusu Kursk vilayətində 74 yaşayış məntəqəsini nəzarətə götürüb.
Lim10.az rbc.ua-ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Aleksandr Sırski ölkə prezidenti Volodimir Zelenskiyə məruzə edib.
O bildirib ki, bu gün Kursk vilayətində 40 kvadrat kilometr ərazi nəzarətə götürülüb.
Xatırladaq ki, Ukrayna yalnız dünən, avqustun 12-də öz döyüşçülərinin Kursk vilayəti ərazisinə daxil olduğunu rəsmən təsdiqləyib. Rusiya tərəfindən isə Kursk vilayətinin qubernatoru Aleksey Smirnov Rusiya prezidenti Vladimir Putinə məruzə edərkən bildirib ki, Kreml regionda 28 yaşayış məntəqəsinə nəzarəti itirib.
"Kursk yaxınlığında vəziyyət nəzarət altına alınıb".
Lim10.az-ın xəbərinə görə, bu sözləri "Axmat" xüsusi təyinatlılarının komandiri Apti Alaudinov "Rossiya 1" telekanalının efirində deyib.
Onun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələrinin Kursk istiqamətində hərəkəti artıq dayandırılıb.
"Qeyd etmək lazımdır ki, bu gün vəziyyət nəzarət altına alınıb. Düşmənin olduğu yaşayış məntəqələrinin təmizlənməsi işləri aparılır", - deyə Alaudinov qeyd edib.