"Instagram"a KÜTLƏVİ HÜCUM - 17,5 milyon hesab təhlükədə

Hakerlər "Instagram" sosial şəbəkəsini sındıraraq 17,5 milyon hesabın məlumatlarını təhlükə altına salıblar.

Lim10.az xəbər verir ki, bu barədə "Notebookcheck" portalı məlumat yayıb.

Bildirilib ki, sosial şəbəkədə genişmiqyaslı məlumat sızması baş verib və nəticədə 17,5 milyon hesabın məlumatları açığa çıxıb. Hadisəni "Malwarebytes" şirkəti aşkar edib və bunu "Solonik" ləqəbli hakerlə əlaqələndirib. İstifadəçi məlumatları artıq internetdə yayımlanıb.

Qeyd edilib ki, sui-istifadəçilər bu məlumatlardan müxtəlif məqsədlər üçün istifadə edə bilər. Ən çox yayılmış risklər saxta hesablarla hücumlar, hədəfli fişinq kampaniyaları və istifadəçi hesab məlumatlarının oğurlanmasıdır.(Publika.az)