Honduras Prezidenti Xiomara Kastro ABŞ ilə ekstradisiya müqaviləsinin ləğvinə dair qərarını dəyişib.
Lim10.az xəbər verir ki, dövlət başçısı bununla bağlı "X" platformasında bəyanat dərc edib.
O bildirib ki, ölkələr arasındakı ekstradisiya müqaviləsinin ləğvini elan edən 28 avqust 2024-cü il tarixli nota bundan sonra etibarsız hesab edilir.
Prezidentin sözlərinə görə, bu qərar onun hökumətinin narkotik qaçaqmalçılığına qarşı mübarizədəki öhdəliyini təsdiqləyir.
Kastro, həmçinin qeyd edib ki, ABŞ-yə narkotik qaçaqmalçılığında ittiham olunan keçmiş prezident Xuan Orlando Ernandesin əfvi Ağ Evin siyasəti ilə ziddiyyət təşkil edir və narkotik qaçaqmalçılığına qarşı mübarizə üzrə birgə səyləri sarsıdır.(oxu.az)



















