"Bu, Yaponiyanın tam məhvinə səbəb olacaq"

Yaponiya hökumətinin ölkəni hərbiləşdirmək planları ciddi risklər yaradır və Yaponiyanın tam məhvinə səbəb olacaq.

Lim10.az xəbər verir ki, bu barədə Koreya Mərkəzi Teleqraf Agentliyinin (KMTA) açıqlamasında bildirilib.

KMTA qeyd edib ki, Yaponiya bir il ərzində milli təhlükəsizliyə əsas yanaşmaları dəyişdirməyi planlaşdırır: müdafiə xərclərini artırmaq, üç qeyri-nüvə prinsipini yenidən nəzərdən keçirmək, silah ixracına qadağaların ləğvi və hücum hərbi imkanlarını inkişaf etdirmək.

Müdafiə xərcləri digər qlobal hərbi güclərdən daha sürətli artaraq 12 illik maksimuma çatıb. Vəsaitlər özünümüdafiə qüvvələrinin döyüş hazırlığını artırmaq, silahlar hazırlamaq və ölkə daxilində yüzlərlə sursat anbarı tikmək üçün istifadə olunur.