"Radikal islamçı HƏMAS qruplaşması ilə danışıqlar aparmaq yox, onu diz üstə çökdürmək lazımdır".
Lim10.az-ın xəbərinə görə, bu bəyanatla İsrailin milli təhlükəsizlik naziri və mühafizəkar "Otzma Yehudit" partiyasının lideri İtamar Ben-Qvir videomüraciətində çıxış edib.
Siyasətçi əmindir ki, Dohaya və ya Qahirəyə danışıqlar üçün nümayəndə heyəti göndərmək əvəzinə, İsrail Qəzza zolağında qalib gəlməlidir və HƏMAS-ı sarsıdıcı məğlubiyyətə uğratmalıdır.