Mask Trampdan sonra onun rəqibi Kamala Harrisə də "X" platformasında müsahibə təklif edir

"X"in sahibi İlon Mask ABŞ-nin vitse-prezidenti və Demokrat Partiyasından prezidentliyə namizəd Kamala Harrisdən müsahibə götürmək istədiyini bildirib.

Bu barədə o, Respublikaçılar Partiyasından Donald Trampla sonra bildirib.

"Mən "X Spaces" vasitəsilə Kamala (Harris) üçün də müsahibə təşkil etməyə şad olardım", - deyə Mask paylaşımında vurğulayıb.

Xatırladaq ki, ABŞ vaxtı ilə bazar ertəsi günü (Bakı vaxtı ilə çərşənbə axşamı) Mask "X"də Trampdan müsahibə götürüb. Yayımın başlanmasından əvvəl sahibkar sosial şəbəkənin kütləvi DDoS hücumuna məruz qaldığını bildirib.

Onu da qeyd edək ki, Mask avqustun əvvəlində də Harrisdən müsahibə götürmək istədiyini deyib.