London küçələrində polislə oğru arasında qaçdı-qovdu: Bir saata 24 telefon oğurladı

Böyük Britaniyanın paytaxtı Londonun küçələrində yüksəksürətli elektrikli skuterlə gəzərək cəmi bir neçə saat ərzində 24 mobil telefon oğurlayan şəxs iki il müddətinə azadlıqdan məhrum edilib.

Lim10.az xəbər verir ki, bu barədə "Independent" nəşri məlumat yayıb.

Qeyd olunub ki, oğru və onun əlaltısı 20 min funt sterlinq dəyərində telefon oğurlayıblar.

Oğurluqlar barədə məlumat paytaxt polisinin qəbul mərkəzlərinə daxil olan kimi oğrunun axtarışına başlanılıb. Şəhərin müşahidə kameraları sistemi sayəsində polis oğrunun hərəkətlərini diqqətlə izləyib və patrul maşınlarını onun qarşısını kəsmək üçün yönləndirib.

Oğru skuterdən düşüb qaçmağa cəhd edəndə onu saxlayıblar. Onun çantasından 22 telefon tapılıb, daha ikisi isə polisin zərbəsi nəticəsində yerə düşüb.

Məhkəmə oğrunu hər oğurluq ittihamı üzrə 20 ay, skuteri təhlükəli sürdüyünə görə isə əlavə 4 ay həbs cəzasına məhkum edib.

London küçələrində polislə oğru arasında qaçdı-qovdu: Bir saata 24 telefon oğurladı

London küçələrində polislə oğru arasında qaçdı-qovdu: Bir saata 24 telefon oğurladı