Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) yaradılmasından 23 il keçir.
Lim10.az Anadolu-ya istinadən xəbər verir ki, partiya 2001-ci ildə Rəcəb Tayyib Ərdoğanın rəhbərlik etdiyi Erdemliler Hərəkatı tərəfindən qurulub.
İndiyədək Ədalət və İnkişaf Partiyası Türkiyənin siyasi həyatında bir sıra nailiyyətlərə imza atıb. 1946-cı ildən, ölkədə çoxpartiyalı siyasi sistemin fəaliyyətə başlamasından bəri, AKP ən uzun müddət hakimiyyətdə qalan partiya olub.
Partiya bu müddət ərzində dörd baş nazir və iki prezident yetişdirməyi bacarıb.