Qərbi Afrikada daşqınlar nəticəsində 70-dən çox adam ölüb

Şiddətli yağışlar nəticəsində Qərbi və Mərkəzi Afrikada baş verən daşqınlar 70-dən çox insanın həyatına son qoyub, 699 nəfər müxtəlif dərəcəli xəsarət alıb və 700 mindən çox insan zərər çəkib.

Lim10.az TASS-a istinadən xəbər verir ki, bu məlumatı BMT yayıb.

Hesabata görə, daşqınlar nəticəsində 72 nəfər həlak olub, 62 min yaşayış binası dağılıb.

Təbii fəlakət Qvineya, Konqo Demokratik Respublikası, Kot-d'İvuar, Liberiya, Mali, Nigeriya, Toqo və Çadı əhatə edib.

BMT fəlakətin əsas səbəbini qlobal iqlim dəyişikliyinin nəticələrində görür və dünya ictimaiyyətini aclıq təhlükəsi ilə üzləşmiş insanları xilas etmək üçün təcili tədbirlər görməyə çağırır.