Ukrayna ordusu Antonovski körpüsünü dağıtdı

Yerli ictimaiyyətin məlumatına görə, Ukrayna silahlı qüvvələri işğal altındakı Xerson vilayətində yerləsən və rus silahlı qüvvələri üçün həyati əhəmiyyət daşıyan Antonovski körpüsünə növbəti zərbə endirib.

Məlumata görə, təxminən körpüyə 8-10 raket zərbəsi endirilib.

Hazırda Antonovski körpüsü od-alov və tüstüyə qərq olub.

Bu arada, Rusnya iddia edir ki, ən azı 10 Ukrayna raketi RF Silahlı Qüvvələrinin hava hücumundan müdafiə sistemləri tərəfindən zərərsizləşdirilib, onların hədəfi Antonovski körpüsü olub.