Əziz müəllimim, sən çox günahkarsan!

 

Dünən salamını aldım. Əgər həbsxanada olmasaydım gəlib həm əllərini öpər, həm də bunları üzünə söyləyərdim.
Sən çox günahkarsan, əziz müəllimim!
Eşitdim mənə çox əsəbləşmisən, məni müxtəlif yerlərdə çox pisləmisən. Hətta “Belə bir insanın müəllimi olduğum üçün çox utanıram, əzab çəkirəm” demisən. Doğru və düzgün söyləmisən, əziz müəllimim. Mənim kimi bir insan yetişdirdiyin üçün, doğrudan da utanmalısan. Çünki mən sənin sevinmən və qürurlanman üçün gözəl olan heç bir iş görmədim. Ailəmə, ətrafıma, qohum-əqrəbalarıma və sevdiyim insanlara zərər verdim, çox pis olan işlərlə məşğul oldum. Nəticədə də indi həbsxanadayam. Bu doğrudur ki, mən yaxşı bir insan, cəmiyyətimə faydalı bir şəxsiyyət ola bilmədim. Mən özüm də öz halımdan məmnun deyiləm. Cəmiyyətdə və ətrafımızdakı çoxlu insan tərəfindən mən də xor görülmək, istənməyən biri olmaq, süni surətdə uzaqlaşdırılmaq, gəldiyimdə rahatsızlıq yaradan birisi olmaq istəməzdim.
Amma əziz müəllimim, mənim bu pis əxlaqımın və yanlış davranışlarımın əsas səbəbi sənsən.
Sən çox günahkarsan, əziz müəllimim!
Məni oxudan, məni tərbiyələndirən və mənə şəkil verən sənsən. Sən nə verdinsə mən də o oldum. Səninlə uzun zaman eyni məktəbi paylaşdım, sonra da məzun oldum. Lütfən macəralarımızı xatırlayın. Lütfən mənə etdiklərinizi xatırlayın.
Sən çox günahkarsan, əziz müəllimim!
Gəlin sizinlə birgə nə üçün günahkar olduğunuzu xatırlayaq:
– Anam yox idi, rəhmətə getmişdi. Evimizdə atamın ailə qurduğu ikinci ana da məni bir an belə görmək istəmirdi. Ailə içində rahatlıq, hüzur və sakitliyim yox idi. Hər gördüyüm işdə bir əksiklik, bir nöqsan var idi. Bu səbəbdən də verdiyin tapşırıqları yerinə yetirə bilmirdim. Mənim çətin və yaşanmaz həyat şərtlərimi bilə-bilə əsla anlayışlı olmadın, həmişə üstümə gəlib çox ağır, çox əzici və qürurumu söküb ayaqlar altına atacaq suallar verdin. Məni həm sevgidən, həm məktəbdən, həm də aid olduğum bu insan topluluğundan soyutdun.
Ahh, bircə nələr etdiyini bilsəydin?
Anam olmadığı üçün təmiz və tərtibli ola bilmirdim. Mənimlə hər səhər dərsə gəldiyimdə məzələnər- din, qəlbimi daşa – qayaya çırpıb sındırardın - ya çirkli və cırıq olan şalvarımla, ya kirli əllərim və uzanmış dırnaqlarımla, ya da baxımsız üzüm və saçlarımla. Bir bilsən necə əzilib-büzülərdim: – kiçilərdim dünya gözümdə böyüdükcə, sənə qarşı içimdə o qədər gileylənərdim, bir bilsən.
Dərslərimi oxumadıqda əlindəki xətkeşlə bədənimdə vurmadığın və incitmədiyin yer qalmamışdı. Özümü saxlaya bilməyib qürurumdan, əsəbimdən ağladığım anlar- da da “Kişi ol, kişilər ağlamaz” deyərdin. Bu səbəbdən məktəbə gəlmək mənə işgəncə olurdu. Onsuz da sevgi, səmimiyyət və hüzurun olmadığı evdən bir an öncə qaçmaq, özümü çölə atmaq istəyirdim. Bu zaman tək sığına biləcəyim yer məktəb idi. Onu da sən mənə dar etdin, zindan etdin. Sənin üzündən mən də hər kəsə asi olardım, üsyan edərdim.
Bir gün məndən atama bir dünya dolusu şikayət etmisən, əziz müəllimim. “Dərs oxumur, tapşırıqları yazmır, çox pis davranış və xüsusiyyətləri vardır, intizamsızlıq edir” – demisən. Atam məni az qala ölüncəyə qədər döydü. Atamın məni ölüncəyə qədər döyməsinə deyil, sənin şikayətinə gileyləndim.
Ahh, sən çox günahkarsan, əziz müəllimim!
- Nə olardı, əziz müəllimim, mənə gülər üzünü göstər-
səydin.
- Halımı, xatirimi soruşsaydın.
- Yanağımı oxşayıb, sevgini göstərsəydin.
- Məni özünə bağlayıb, nəsihətlər versəydin.
Nə üçün bunları məndən əsirgədin?
Halbuki sənə sığınmağı, səndən yardım, kömək istəməyi nə qədər arzulayırdım. Ahh, məni bir dəfə qorusaydın, bəlkə də bu üsyan atəşi içimdə yanmadan sönəcəkdi.
Yadındamı, məni bir dəfə sinifdən qovdun, şərəfimi, qürurumu 5 qəpik etdin, ayaqlarının altına atdın. Sinif yoldaşlarımın qarşısında mənimlə pis-pis zarafatlar etdin, onları mənə sən güldürdün. Mən həmin an yüz dəfə ölmək, yox olmaq istədim.
- Qısacası sən mənə gözəl bir model olmadın.
- Örnək bir müəllim ola bilmədin.
- Mənim cəmiyyət üçün zərərli olmağım üçün zəmin
hazırladın.
- Bu anlamda əkdiyin toxumlar ruhumda üsyan meyvələrini verdi.
- Sonra da həm özümə, həm də ətrafıma – insanlığa zərərli bir insan yaratdın.
Sən çox günahkarsan, əziz müəllimim!
Məndən o şəfqəti nə olardı ki, əsirgəməsəydin? Mənə bu acıları yaşatmasaydın?
Bəli, utan, eyy müəllimim. Mənim elədiklərimə baxaraq utan. Mənim müəllimim olduğun üçün utan. Utan ki, başqa müəllimlər sənin kimi olmasın.
Sən çox günahkarsan, əziz müəllimim! Amma yenə də əllərindən öpürəm, çünki nə də olsa sən mənim müəllimimsən...

P.S. Anlayışlı, fitrətli, qayğıkeş və şərəfli müəllimlərimizin qarşısında baş əyir və bu yazının onlara aid olmadığını bir daha vurğulayırıq!