İran prezidenti and içdi: "Vallah, məsləhətləşmişdik…"

İran Prezidenti Məsud Pezeşkian ölkə parlamentinin plenar iclasında təklif etdiyi nazirlərin müdafiə çıxışını edərkən millət vəkillərini inandırmaq üçün əlindən gələni edib.

Bu barədə Lim10.az "Azad İran" "Telegram" kanalına istinadən xəbər verir.

"Vallah, təklif olunan nazirləri seçərkən məsləhətləşmələr apardıq. Düzdür, qüsurlarımız var, irad tutmaq istəsək, hamıya irad tutmaq olar, ancaq biz təklif etdiyimiz nazirləri seçərkən ən yüksək səviyyədə və müxtəlif siyasi qruplarla məsləhətləşmişik", - deyə o, çıxışı zamanı bildirib.