Londonun mərkəzində tarixi binada yanğın: 100-dən artıq yanğınsöndürən hadisə yerində

Londonun mərkəzindəki tarixi "Somerset House"da yanğın baş verib.

Lim10.az xəbər verir ki, bu barədə Sky News telekanalı Britaniya paytaxtının yanğınsöndürmə xidmətinə istinadən məlumat yayıb.

Yanğın binanın damını əhatə edir. Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin əməkdaşları gəliblər, yanğının söndürülməsi üçün ümumilikdə 15 texnika və 100-ə yaxın mütəxəssis cəlb olunub.

Yanğının səbəbi hələ müəyyən edilməyib.

Jurnalistlərin məlumatına görə, "Somerset House"da kütləvi tədbir keçiriləcəkdi. Lakin yanğın səbəbindən saray ziyarətçilər üçün bağlanıb.