Yer kürəsində güclü maqnit qasırğası başladı

Yer kürəsində güclü olaraq qiymətləndirilən G3 sinifli maqnit qasırğası başlayıb.

Lim10.az TASS-a istinadən xəbər verir ki, bu barədə "Phobos" hava mərkəzinin aparıcı mütəxəssisi Mixail Leus məlumat verib.

O həmçinin qeyd edib ki, maqnit qasırğasının ən azı bazar günü günortaya qədər davam edəcəyi proqnozlaşdırılır.

Leusun sözlərinə görə, qasırğanın intensivliyi güclüdən zəifə qədər dəyişir.