Türkiyənin İzmir bölgəsində meşə yanğınları davam edir.
Lim10.az Haber Global-a istinadən xəbər verir ki, Urla rayonunun Balıklıova mahalı yaxınlığındakı kolluq ərazidə baş verən yanğınla əlaqədar 440 evdən ibarət yaşayış məntəqəsi boşaldılıb.
Məlumata görə, yanğın bölgədə qırılan elektrik xəttinin qığılcımları nəticəsində baş verib.
Havanın çox isti və quraq keçməsi, eləcə də güclü külək nəticəsində yanğın çox sürətlə yayılıb.
Hazırda İzmir Meşə Region Müdirliyi, İzmir Böyükşəhər Bələdiyyəsi Xilasetmə Müdirliyi, jandarma, polis və digər təşkilat qrupları yanğının söndürülməsinə çalışırlar.