Polad Bülbüloğlu səfir kimi fəaliyyətini başa vurub

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Moskvada uzunmüddətli diplomatik fəaliyyətini başa vurub.

Lim10.az xəbər verir ki, bu barədə o, Rusiya Prezidenti Vladimir Putinin Bakıya səfəri ərəfəsində TASS agentliyinə verdiyi müsahibəsində bildirib.

"Moskvada 18.5 il işləmişəm, bu, diplomatik xidmət üçün çox böyük bir müddətdir. İndiki mərhələdə isə öz doğma Şuşamı parlamentdə təmsil etmək daha düzgün olardı. Qarabağ işğaldan azad edildikdən sonra deputat olmaq mənim üçün böyük şərəfdir və ümid edirəm ki, məni seçəcəklər. Allahın verdiyi ömrü xalqıma və doğma yurdumun təbiəti ilə ünsiyyətə həsr etmək istəyirəm", - P. Bülbüloğlu deyib.

O, müsahibəsində atası, görkəmli opera müğənnisi Bülbülün Şuşada anadan olduğunu xatırladıb:

"Mən onun dağıdılmış evini bərpa etdim, indi orada ev-muzey var. Şadam ki, Şuşaya çoxlu turistlər gəlir və Bülbülün ev-muzeyini ziyarət edirlər", - P. Bülbüloğlu qeyd edib.