ABŞ-də Trampın seçkidə məğlub olmasının mümkün səbəbi açıqlanıb

ABŞ prezidentliyinə Respublikaçılar Partiyasından namizəd Donald Trampın siyasəti, onun siyasi rəqiblərinin siyasətindən daha əlverişlidir. Lakin, siyasətçi təxribatları davam etdirərsə, bu, onun bu ilin noyabrında keçiriləcək prezident seçkisində uduzmasına səbəb ola bilər.

Lim10.az xəbər verir ki, bu fikirləri "NBC" telekanalına müsahibəsində ABŞ Konqresinin senatoru Lindsi Qrem (Respublikaçı, Cənubi Karolinadan) bildirib.

"Əgər məsləhət versəydim, bunları qeyd edərdim: Donald Tramp bu seçkidə qalib gəlməyə qadirdir, onun siyasəti ABŞ üçün yaxşıdır və əgər yalnız siyasətdən bəhs edən prezident debatı keçirilsə, o zaman qalib gələcək. Lakin, təxribatçı və şoumen obrazında olan Donald Tramp bu seçkidə qalib gəlməyə bilər", - o əlavə edib.

Senatorun fikrincə, qalan iki ay yarım ərzində Tramp öz çıxışlarında siyasətinin əsas aspektləri ilə bağlı planlarını, xüsusən də ABŞ-nin cənub sərhədindəki vəziyyəti necə düzəltmək niyyətində olduğunu daha ətraflı təsvir etməli və ölkədə inflyasiyanı azaltmalıdır.

Qeyd edək ki, ABŞ-də prezident seçkisi noyabrın 5-də keçiriləcək.