Qəzza zolağının şimalındakı əsas xəstəxanalardan biri elektrik generatorları üçün yanacaq çatışmazlığı səbəbi ilə fəaliyyətini dayandırır.
Lim10.az xəbər verir ki, bu barədə Qətərin "Əl-Cəzirə" telekanalı tibb müəssisəsinin nümayəndəsinə istinadən məlumat yayıb.
Əl-Avda xəstəxanasının direktoru Məhəmməd Salehin sözlərinə görə, tibb müəssisəsi elektrik generatorları üçün yanacaq almasa, 24 saat ərzində fəaliyyətini dayandıracaq.
Bundan əlavə, telekanal Qəzzanın şimalında yerləşən Kamal Advan xəstəxanasında da yanacaq çatışmazlığından xəbər verib. Bu tibb müəssisəsi də yanacaq və dərman çatışmazlığı üzündən növbəti 24 saat ərzində fəaliyyətini dayandırmaq məcburiyyətində qalacaq.