Mask: "Siz rusiyalı generala "Cybertruck" verdiyimi düşünürsünüz?"

ABŞ-li iş adamı İlon Mask Çeçenistan rəhbəri Ramzan Kadırova "Tesla Cybertruck" elektrik avtomobili hədiyyə etmədiyini bildirib.

Lim10.az xəbər verir ki, bu barədə o, şəxsi sosial şəbəkəsində yazıb.

"Siz doğrudanmı bu qədər geridə qalmısınız ki, rusiyalı generala "Cybertruck" verdiyimi düşünürsünüz?.. Bu, ənənəvi medianın necə yalan danışdığının yeni bir nümunəsidir", - deyə Mask qeyd edib.

Xatırladaq ki, Çeçenistan rəhbəri Ramzan Kadırov avqustun 17-də İlon Maskdan "Cybertruck" aldığını açıqlayıb. Onun sözlərinə görə, avtomobil çox rahat və manevrlidir. Kadırov əlavə edib ki, o, sözün əsl mənasında bu avtomobilə aşiq olub və onu dünyanın ən yaxşı avtomobillərindən biri hesab edir.

Çeçenistan rəhbəri ABŞ-li iş adamını da Qroznıya dəvət edib və onu ən əziz qonağı kimi qəbul edəcəyini qeyd edib.