Rusiyada neft-kimya zavodunun boru kəmərində partlayış: Yaralılar var

Rusiya Federasiyasının Başqırdıstan Respublikasında yerləşən Sterlitamak şəhərində neft-kimya zavodunun boru kəmərində partlayış baş verib.

Lim10.az "RİA Novosti"yə istinadən bildirir ki, partlayış nəticəsində üç nəfər xəsarət alıb. Onlardan ikisinin vəziyyəti ağır, birinin vəziyyəti orta olaraq qiymətləndirilir.

Hazırda yanğının söndürülməsi üzrə işlər gedir.