Çin Xalq Respublikasının Dövlət Təhlükəsizliyi Nazirliyi ölkə ərazisində quraşdırılmış qanunsuz anemetrik qüllələr aşkar edib.
Lim10.az xəbər verir ki, bu barədə "Global Times"ın müxbirləri məlumat yayıblar.
Quraşdırma işləri xarici ölkələrin kəşfiyyatı ilə bağlı olan bəzi şirkətlər tərəfindən həyata keçirilib və qüllələr məxfi məlumatların toplanması üçün lazımdır. Ancaq əvvəlcə onlar sürəti ölçmək və hava kütlələrinin hərəkət istiqamətini müəyyən etmək üçün quraşdırılıblar.
Qüllələrdən istifadə etməklə toplanan bütün məlumatlar xaricə ötürülüb ki, bu da ölkənin milli təhlükəsizliyinə təhdidlər yaradıb.