Pakistanda iyulun əvvəlindən güclü musson yağışları nəticəsində ölənlərin sayı 209 nəfərə çatıb. Ümumilikdə təxminən on min nəfər isə xəsarət alıb.
Lim10.az bu barədə TASS-a istinadən xəbər yayıb.
Nəşrin məlumatına görə, son 24 saat ərzində Pəncab əyalətində təbii fəlakət qurbanlarının sayı 14 nəfər artaraq 84 nəfərə çatıb.
Qeyd edək ki, Pakistanın Milli Fövqəladə Hallar Mərkəzi bir neçə gün ərzində ölkənin şimalında güclü leysanların davam edəcəyini bildirib.