"V12" mühərrikli "Ferrari 250 GT California Spider"in yığılmış nüsxələrindən birincisi "RM Sotheby's" auksionunda satılıb. Yeni sahibi 1960-cı ilin avtomobili üçün 17.055.000 dollar (təxminən 29 milyon manat) ödəyib.
Lim10.az carscoops.com-a istinadən xəbər verir ki, belə yüksək qiymət bir neçə amillə izah olunur.
Beləliklə, "Ferrari 250" seriyası kolleksiyaçılar tərəfindən ən ikonik və qiymətləndirilənlərdən biridir. Bu xüsusi model 56 nüsxədə istehsal edilib.
Satılan avtomobil ən birinci yığılan olub. O yalnız üç avtomobilə quraşdırılmış "V12" mühərriki ilə təchiz olunub. Bundan əlavə, onun nadir elementləri var - gövdə qapaqları ilə örtülmüş faraları və sərt üstü.
Bundan əlavə, idman avtomobili 1960-cı ildə Cenevrə avtosalonunda "Ferrari" stendində nümayiş etdirilib. O, ABŞ-yə satılmazdan və ixrac edilməzdən əvvəl Nürburqrinq də daxil olmaqla bir neçə məşhur yarış treklərində olub. Onun orijinal mühərrik, sürət qutusu və digər komponentlərinin olduğunu təsdiq edən sənədləri var.
Əvvəlcə "California Spider" uzun təkər bazalı versiyada çıxıb. Bu rodsterlərdən cəmi 50 ədəd istehsal edilib. Bir az sonra onun 2400 mm bazası olan qısaldılmış versiyası istehsal edilib. Onun tirajı bir qədər artıq - 56 avtomobil olub.
Maraqlıdır ki, sövdələşmənin yekun məbləği hərrac ekspertlərinin ilkin qiymətləndirməsi ilə tam üst-üstə düşüb. Hərracdan əvvəl onlar lotun qiymətinin 16-18 milyon dollar arasında olacağını gözləyirdilər.