ABŞ-li iş adamı İlon Mask "X" sosial şəbəkəsində özünün ABŞ prezident seçkisini təşkil edib.
Lim10.az xəbər verir ki, o öz səhifəsində istifadəçilər arasında sorğu keçirib və məlum olub ki, qarşıdan gələn seçkidə Respublikaçılar Partiyasının namizədi Donald Tramp dəstək baxımından rəqibi Kamala Harrisi inamla qabaqlayıb.
Bir milyondan çox "X" istifadəçisinin səslərinə əsasən, keçmiş ABŞ lideri 78.7% səslə lider olub, Harris isə 21.3% səs toplayıb.