Rusiya Duqinanın "qatili" ilə bağlı Estoniyaya müraciət etməyib
Estoniya Xarici İşlər Nazirliyi FSB-nin Darya Duqinanın qətlində ittiham etdiyi Natalya Vovkun Rusiya-Estoniya sərhədini keçməsi ilə bağlı Rusiya Federasiyasından rəsmi müraciət almadıqlarını bildirib.
“Biz sərhəddən keçən insanların məlumatlarını yalnız qanunla nəzərdə tutulmuş hallarda açıqlaya bilərik. Rusiya xüsusi xidmət orqanlarının mətbuatda onları nədəsə ittiham etdiyi vəziyyət onlara aid deyil”, - Estoniya XİN-dən bildiriblər.
Bu arada, FSB Rusiya Federasiyasında Darya Duqinanın qətlində ittiham olunan ukraynalı Natalya Vovkun olduğu iddia edilən videonu yayınlayıb.