Burkina-Fasonun Sanmatenqa əyalətinin Barsaloqo kommunasına silahlı terrorçu qrupların hücumu nəticəsində 200-ə qədər insan həlak olub.
Lim10.az xəbər verir ki, bu barədə "RFI" radiostansiyası Afrika respublikasının təhlükəsizlik orqanlarındakı mənbələrə istinadən məlumat yayıb.
Qeyd olunur ki, hücum şənbə günü, avqustun 24-də baş verib. Ölənlər arasında mülki vətəndaşlar, əsgərlər və könüllülər də var. Eyni zamanda, bir neçə hərbçi də itkin düşüb.
Məlumata görə, xəsarət alan azı 140 nəfər tibb müəssisələrinə yerləşdirilib.