Durovdan "Telegram"ın Rusiya kapitalından asılılığı ilə bağlı İDDİALARA CAVAB

Bəzi əsassız şayiələrə baxmayaraq, "Telegram" messenceri Rusiya kapitalından asılı deyil.

Lim10.az xəbər verir ki, bu barədə platformanın təsisçisi Pavel Durov öz kanalında bildirib.

"Bu yaxınlarda 1,7 milyard dollarlıq istiqraz yerləşdirməmizdə heç bir rusiyalı investor iştirak etməyib. 2021-ci ildə buraxılmış köhnə istiqrazların əksəriyyəti geri alınıb və problem yaratmır", - o yazıb.

Sahibkar qeyd edib ki, istiqraz sahibləri səhmdar deyillər və "Telegram"ın qərarlarına heç bir təsir göstərmirlər.

"Mən yeganə səhmdaram", - Durov vurğulayıb.

6 yanvarda Financial Times qəzeti bildirib ki, Qərbin sanksiyaları səbəbindən şirkətin bəzi istiqrazları Rusiyada dondurulduqdan sonra "Telegram" təxminən 500 milyon dollarlıq maliyyələşdirməyə çıxışı itirib.

Elvin

Lim10.az