Bakcell-in tarif fırıldağı
Azərbaycanda mobil rabitə bazarının qaranquşu olan Bakcell həm də mobil rabitə bazarındakı fırıldaq layihələrinin pilot icraçısına çevrilib. Bu dəfə özümün şahidi olduğum bir Bakcell fırıldağı barədə yazmaq fikrindəyəm. Belə ki, mən Bakcell-in 10 manatlıq danışıq-internet paketinin abunəçisiyəm. Bu paket çərçivəsində Bakcell abunəçiyə bir ay müddətində 350 dəqiqə ölkədaxili danışıq, 2GB internet trafiki verir. Qənaətlə işlədəndə həm internet trafiki, həm də danışıq dəqiqələri mənə bir ay üçün kifayət edirdi. Sonuncu paket noyabr ayının 10-da yeniləndi. Noyabrın 15-də isə internet trafiki bitdi. Müştəri xidməti ilə əlaqə saxladım, dedilər ki, trafik qoşulu olanda videolara baxmısınız, verilən trafik o üzdən tez bitib, yəni bir aylıq trafik 5 günə bitib. İnandım və qərara gəldim ki, gələn ayın əvvəlindək balansa pul atmyacam, növbəti yenilənmə zamanı yükləyərəm. Lakin Bakcell hər gün mesaj göndərirdi ki, balansınıza 10 manat yükləyin, çırpışdırım. Qeyri-ixtiyari olaraq 7 dekabrda balansıma pul yüklədim. Bakcell dərhal balansımdan 10 manat çıxaraq mənə Klass paketi tarifi üzrə 5GB internet trafiki verdi. 10 dekabrda isə mesaj gəldi ki, sizin aylıq abunənin vaxtı çatdığından hesabınızdan 10 manat çıxıldı. Yəni Bakcekl 3 gün əvvəl mənə Klass tarifi ilə 10 manata 5GB internet trafiki sırıyıb, 3 gün sonra isə 10 manata 350 dəqiqə ölkədaxili danışıq, 2GB internet satıb. Əvvəla, Bakcell-in qaydalarına əsasən, abunəçi yeni tarifə qoşulduqda, köhnə tarifə son qoyulur. Amma şirkət məni razılığım olmadan həm də Klass paketinə qoşub. Bu məsələnin bir tərəfi.
Digər tərəfdən, dekabrın 10-da yeni paket yüklənən kimi, ayın 7-də mənə satılan 5GB internet trafikindən istifadə dayandırıldı və 2GB-lıq yeni paketdən istifadə başlandı. Məntiqlə, əvvəl verilən paket bitmeli, sonra isə yeni paket başlamalıdır. Bakcell daha az olan 2GB internet trafikini qabağa salır ki, müştəri paketə qənaət edib, gələn ayın 10-a qədər internet trafikini istifadə edə bilməsin. Müştəri nə qədər qənaət etsə də, gələn ayın 7-də 5GB trafikin müddəti bitəcək. Digər tərəfdən 2GB trafik bitməyən edək əvvəlki trafikdən 8stifadə etmək mümkün deyil. Bekəliklə növbəti 3 gün ərzində (ayın 7-dən 10-a qədər) müştəri yenidən internet almalı olacaq.
Çox təəssüflər olsun ki, mobil rabitə bazarında rəqabət olmadığından bütün qaydalar yalnız sahibkarın məmnunluğuna xidmət edir.
Akif Nəsirli