Rusiyanın Omsk şəhərində neft emalı zavodunda partlayış baş verib.
Lim10.az-ın Rusiya KİV-ə istinadən xəbərinə görə, bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyinin regional idarəsindən məlumat verilib.
Hadisə şahidləri partlayış səslərinin şəhərin müxtəlif yerlərində eşidildiyini bildiriblər.
Məlumata görə, Qubkin küçəsində 1 000 kvadratmetr sahədə yanğın başlayıb. Zavodun Mətbuat Xidmətindən verilən xəbərdə müəssisədəki texnoloji avadanlıqların yandığı deyilib.
"İşə düşən avtomatlaşdırılmış yanğınsöndürmə texnikası və xidməti yanğının tez bir zamanda lokallaşdırılmasına çalışır. Müəssisə normal rejimdə işləyir", - deyə zavoddan bildirilib.
Zavodda neftin fraksiyalara ayrılması və sonradan emalı üçün nəzərdə tutulmuş "AVT-11" qurğusunun partladığı qeyd edilir.
Partlayış nəticəsində neft emalı zavodunun iki əməkdaşı yaralanıb. Zərərçəkənlərə yerindəcə tibbi yardım göstərilib.