Ukrayna Təhlükəsizlik Xidməti və Baş Prokurorluğu SEPAH generalı Abbas Musaya Ukrayna müharibəsində Rusiyaya yardım etməkdə şübhəli bilindiyini açıqlayıb.
"Azad İran" "Telegram" kanalının məlumatına görə, SEPAH 2022-ci ilin avqust-sentyabr aylarında ən azı 1500 ədəd "Şahid-136" və "Mühacir-6" dronlarını Rusiyaya təhvil verib. Eyni zamanda, general Abbas Musa da şəxsən Krıma gedərək özü ilə iranlı PUA təlimatçısı qrupunu aparıb və pilotsuz təyyarələrin istifadəsi üzrə Rusiya əsgərlərinə təlimlər keçib.
Qeyd olunub ki, şübhəli bilinən SEPAH generalını 15 ilə qədər həbs gözləyir.