İsrail hərbçilərinin Qəzza zolağının cənubundakı Xan Yunis qəsəbəsinə endirdiyi zərbələr zamanı Türkiyənin "TRT" telekanalının əməkdaşları xəsarət alıblar.
Oxu.Az xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.
"TRT" telekanalının operatoru peşə borcunu yerinə yetirərkən gözündən yaralanıb. Operatorla yanaşı, onun assistenti və bir neçə digər media mənsubunun da xəsarət aldığı bildirilir.
Türkiyə Xarici İşlər Nazirliyi yaydığı bəyanatda faktı pisləyib və yaralananların ailələrinə dəstək ifadə edib.
Qəzzaya zərbələr nəticəsində "TRT" telekanalının əməkdaşları xəsarət alıblar
Qəzzaya zərbələr nəticəsində "TRT" telekanalının əməkdaşları xəsarət alıblar