Rusiya şəhəri "işğal altında": Sakinlər "dəhşətli" videolar paylaşırlar

Rusiyanın Rostov vilayətində yaşıl ağcaqanadlar Taqanroq şəhərini "işğal edib".

Bu barədə Lim10.az "RİA Novosti" "Telegram" kanalına istinadən xəbər verir.

Şəhər sakinləri hadisə ilə bağlı maraqlı videogörüntülər paylaşırlar.

Mütəxəssislərin sözlərinə görə, bu ağcaqanadlar insanlar üçün birbaşa hər hansı təhlükə yaratmır.

Şəhər administrasiyasından bildirildiyinə görə, hazırkı epidemiya təbiidir və qışın mülayim keçməsi, yayda da yüksək temperatur bu halın yaranmasına səbəb ola bilər.