Nyu-York məhkəməsi ABŞ-da həbsdə olan Venesuela Prezidenti Nikolas Maduronun hüquqlarını müdafiə edəcək vəkilin adını açıqlayıb.
Lim10.az "CNN"ə istinadən xəbər verir ki, məhkəmənin qərarı ilə Maduronun vəkili qismində Devid Vikstrom çıxış edəcək.
Xatırladaq ki, yanvarın 3-də ABŞ hərbi qüvvələri Venesuelada əməliyyat keçirərək ölkə Prezidenti Nikolas Maduro və onun xanımı Siliya Floresi ələ keçirib. Onlar Nyu-Yorka aparılıb.(publika.az)




















