Mavi üzgəcli tuna balığı rekord qiymətə təxminən 3,2 milyon dollara satılıb.
Yaponiyanın paytaxtı Tokioda Toyosu Balıq Bazarında keçirilən ənənəvi Yeni il hərracında 243 kiloqramlıq mavi üzgəcli tuna (orkinos) balığı rekord qiymətə təxminən 3,2 milyon dollara satılıb.
Lim10.az xəbər verir ki, alıcı "Kiyomura Corp." şirkəti orkinos (tuna) balığının kiloqramı üçün təxminən 13000 dollar ödəyib.
Balığın rekord qiymətə alınmasına baxmayaraq, şirkət onun "Sushizanmai" restoran şəbəkəsinin filiallarında müştərilərə normal menyu qiyməti ilə təklif olunacağını açıqlayıb. Şirkət prezidenti Kiyoşi Kimura yeni ilin ilk tunasının onlara uğur gətirəcəyinə ümid etdiyini bildirib və əlavə edib: "Ümid edirik ki, mümkün qədər çox insan bu balığın dadını çıxara biləcək".
Tokionun ənənəvi Yeni il hərracında əvvəlki rekord 2019-cu ildə qeydə alınıb, o zaman 278 kiloqramlıq mavi üzgəcli tuna təxminən 2,1 milyon dollar satılıb.
Mürtəza




















