"Telegram"ın həmtəsisçisi Pavel Durov kibercinayətlərlə bağlı istintaq çərçivəsində daha 48 saat həbsdə qalacaq.
Lim10.az-ın "Reuters"ə istinadən xəbərinə görə, bu barədə Paris Prokurorluğu bəyanat verib.
Qeyd edək ki, ötən gün prokurorluq iş adamının ittiham olunduğu cinayətlərdə tətbiq edilən prosedur çərçivəsində həbs müddətinin avqustun 25-dən avqustun 28-dək uzadıldığını bildirmişdi.
Xatırladaq ki, Durovun mühafizəçisi və köməkçisi müstəntiqlər tərəfindən dindirildikdən sonra .
Pavel Durov özü avqustun 24-də Parisin Le-Burje hava limanında saxlanılıb və ona qarşı 12 cinayət işi üzrə ittiham irəli sürülüb. İş adamı hakimiyyət orqanları ilə əməkdaşlıqdan imtina etməkdə, yetkinlik yaşına çatmayanların pornoqrafik şəkillərinin saxlanmasında və yayılmasında, narkotik vasitələrin əldə edilməsində, satışı və ya ötürülməsində iştirakda, dələduzluqda iştirakda ittiham olunur.