Peskov "Telegram"da yazışmaların təmizlənməsi ideyasına münasibət bildirdi

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov "Telegram"ın yaradıcısı Pavel Durovun həbsi fonunda mesencerdə yazışmaların təmizlənməsi ideyasını "axmaqlıq" adlandırıb.

Lim10.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

"Yazışmaların təmizlənməsi axmaqlıqdır", - deyə o, müvafiq suala cavab olaraq bildirib.

Peskov vurğulayıb ki, Prezident Administrasiyası heç bir mesencerdən rəsmi məqsədlər üçün istifadə etmir.

"Biz heç bir mesencerdən rəsmi məqsədlər üçün istifadə etmirik, çünki bu, sadəcə olaraq, rəsmi qaydaların və rəsmi etikanın pozulması olardı", - deyə Peskov əlavə edib.