İranın keçmiş xarici işlər naziri Məhəmməd Cavad Zərif ölkənin yeni seçilən prezidenti Məsud Pezişkianın hökumətində təmsil olunacaq.
Lim10.az xəbər verir ki, Cavad Zərif bu haqda öz "X" hesabında məlumat yayıb.
"Möhtərəm Prezidentin diqqəti və məsləhətləşmələrdən sonra prezidentin strateji məsələlər üzrə müavini kimi vəzifəmi yerinə yetirəcəyəm", - Məhəmməd Cavad Zərif yazıb.
Xatırladaq ki, Zərif 2013-2021-ci illərdə İranın xarici işlər naziri vəzifəsində çalışıb.