Pentaqon Ukraynanın Rusiyaya ilhaq edilən bölgələrinə ABŞ silahları ilə hücumu qadağan edib?

"Birləşmiş Ştatlar Ukrayna Silahlı Qüvvələrinə (USQ) ABŞ silahları ilə Ukraynanın Rusiyaya ilhaq edilən bölgələrinə zərbə endirmək üçün mövcud məhdudiyyətləri aradan qaldırmaq niyyətində deyil".

Lim10.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Pentaqonun nümayəndəsi Patrik Rayder bildirib.

"Ukrayna ABŞ-nin hərbi yardımından sərhədyanı hücumlardan və cavab atəşindən özünü müdafiə üçün istifadə edə bilər. Uzaqmənzilli zərbələrə gəlincə, bizim siyasətimiz dəyişməz olaraq qalır" , - Rayder Vladimir Zelenskinin şikayətləri fonunda Vaşinqtonun məhdudiyyətləri yenidən baxıb-baxmayacağı ilə bağlı suala cavab verərkən deyib.

Xatırladaq ki, iyun ayında Ağ Evin milli təhlükəsizlik müşaviri Ceyk Sallivan bildirmişdi ki, Ukraynanın Rusiyaya ilhaq edilən bölgələrinə zərbə endirmək üçün ABŞ silahlarından istifadə icazəsi düşmən qoşunlarının Ukrayna sərhədini keçdiyi bütün ərazilərə şamil edilir. Ancaq əvvəlcə bu, yalnız Xarkov vilayəti ilə həmsərhəd olan ərazilərə şamil edilirdi.